Image

Bitkoinin qiyməti zəifləyir: İnvestorlar riskli aktivlərdən çəkinir

Dünyanın ən böyük kriptovalyutası olan Bitkoin (BTC) yeni ticarət həftəsinə enişlə başlayaraq 58,000 dollar psixoloji həddinin aşağısına düşüb. Qiymət dinamikasına qlobal makroiqtisadi qeyri-müəyyənlik və investorların riskli aktivlərə qarşı ehtiyatlı mövqe tutması təsir göstərir.

"CoinMarketCap" və "CoinDesk" platformalarının birja məlumatlarına əsasən, Bitkoinin qiyməti son 24 saat ərzində 2,4% zəifləyərək 57,450 dollar səviyyəsinə enib. Gün ərzində maksimum göstərici 58,900 dollar, minimum göstərici isə 56,800 dollar təşkil edib. Kriptovalyuta bazarının ümumi kapitalizasiyası da 2,1 trilyon dollar səviyyəsinə geriləyib.

Aşağıyönlü dinamika əsasən ABŞ-nin texnologiya sektorundakı korreksiya və спот Bitkoin ETF-lərindən (birja yatırım fondları) kapital axınının zəifləməsi ilə izah olunur. Eyni zamanda, investorların mərkəzi bankların faiz dərəcələri ilə bağlı qərarlarını gözləməsi və institusional investorların mənfəəti realizə etməyə üstünlük verməsi qiymətlər üzərində təzyiqi artıran əsas amillərdəndir.

N.Təbrizli

Mənbə: anews.az

Xəbər lenti

İmişlidə zəlzələ olub