Image

Neft qiymətləri Yaxın Şərq gərginliyi fonunda bahalaşır

Dünya bazarında neft qiymətləri növbəti həftəyə artımla başlayaraq son seanslardakı itkilərin bir hissəsini bərpa edib. Qiymət dinamikasına Yaxın Şərqdə geostrateji risklərin yüksəlməsi və OPEK+ alyansının hasilat siyasətinə dair gözləntilər təsir göstərir.

"Reuters" agentliyinin və "Trading Economics" platformasının birja məlumatlarına əsasən, "Brent" markalı xam neftin oktyabr fyuçersləri 0,8% bahalaşaraq bir barel üçün 77.40 dollar səviyyəsinə yüksəlib. ABŞ-nin "West Texas Intermediate" (WTI) markalı neftinin sentyabr müqavilələri isə 0,9% artaraq bir barel üçün 74.18 dollara çatıb.

Bazardakı artım tendensiyası əsasən geosiyasi risk amilləri ilə bağlıdır. Yaxın Şərqdə eskalasiya riskinin artması və Qırmızı dənizdə logistik marşrutlara təhlükənin davam etməsi tədarük zəncirində mümkün axsamalarla bağlı narahatlıqları artırıb. Eyni zamanda, OPEK+ üzvlərinin hasilat məhdudiyyətlərini saxlaması və ABŞ-də kommersiya neft ehtiyatlarının azalması qiymətlərin aşağı düşməsini məhdudlaşdıran əsas amillər sırasındadır.

N.Təbrizli

Mənbə: anews.az

Xəbər lenti

İmişlidə zəlzələ olub