Image

KXTŞ noyabrın 11-də Ermənistanın səs hüququndan məhrum edilməsini müzakirə edə bilər

Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KXTŞ) qurumlarında səs hüququndan və öz nümayəndələrini vəzifələrə namizəd göstərmək hüququndan müvəqqəti məhrum edilməsi məsələsinə noyabrın 11-də Moskvada keçiriləcək Kollektiv Təhlükəsizlik Şurasının sessiyasında baxıla bilər. Bu barədə Rusiyanın KXTŞ yanındakı daimi nümayəndəsi Viktor Vasilyev bildirib.

Diplomat vurğulayıb ki, yekun qərar yalnız təşkilata üzv olan bütün dövlətlərin konsensusu əsasında qəbul edilə bilər.

Vasilyev izah edib ki, KXTŞ Nizamnaməsinin 25-ci maddəsinə əsasən, əgər üzv dövlətin təşkilat qarşısında maliyyə öhdəlikləri üzrə borcu iki ili ötərsə, həmin dövlət səs hüququndan və qurumlarda vəzifələrə nümayəndə təyin etmək hüququndan məhrum edilə bilər. Rusiyalı diplomat məhz bu bəndin İrəvanla bağlı məsələnin müzakirəsi üçün hüquqi əsas təşkil etdiyini diqqətə çatdırıb.

N.Təbrizli

Mənbə: anews.az

Xəbər lenti

İmişlidə zəlzələ olub