Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədrini qəbul edib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsveçrə Konfederasiyasının Federal Şurasının üzvü, Xarici İşlər Departamentinin rəhbəri və ATƏT-in fəaliyyətdə olan sədri İqnatsio Kassislə görüşüb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, səfər çərçivəsində tərəflər Azərbaycan-İsveçrə ikitərəfli münasibətlərinin gündəliyini, regional və beynəlxalq prosesləri, həmçinin ATƏT çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.
Mənbə: anews.az