Sevastopolda hərbçi əsgər yoldaşlarını və mülki şəxslərigüllələyərək öldürüb
Krımın Sevastopol şəhəri yaxınlığındakı Xmelnitski kəndində hərbçinin açdığı atəş nəticəsində dörd nəfər həlak olub, dörd nəfər yaralanıb. Bu barədə xarici KİV məlumat yayıb.
Sevastopolun təyin olunmuş qubernatoru Mixail Razvojayevin məlumatına görə, hadisə zamanı hərbçi əvvəlcə xidmət yoldaşlarına atəş açıb. Nəticədə bir hərbçi ölüb, digəri yaralanıb.
Bundan sonra silahlı şəxs kənd ərazisində daha üç mülki şəxsi – 71 və 59 yaşlı iki kişini, eləcə də 64 yaşlı qadını güllələyərək qətlə yetirib. Daha üç nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Hücum edən şəxs hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Yaralılar xəstəxanaya çatdırılıb və onlara təcili tibbi yardım göstərilir.
Hazırda hadisə yerində müstəntiqlər və kriminalistika ekspertləri işləyir, insidentin başvermə səbəbləri araşdırılır.
Aytac
Mənbə: anews.az