Image

Prezident Naxçıvanda yeni icra başçıları təyin etdi

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasında bir sıra icra hakimiyyəti başçıları ilə bağlı sərəncamlar imzalayıb.

Dövlət başçısının sərəncamına əsasən, Anar Mehti oğlu Babayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.

Prezidentin digər sərəncamı ilə Rəcəb Zakir oğlu Rəhimli Naxçıvan Muxtar Respublikası Ordubad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunub.

Boş qalan vəzifəyə Nurlan Rauf oğlu Hacıyev təyin edilib.

Bundan başqa, dövlət başçısının daha bir sərəncamı ilə Naim Etibar oğlu Cahidzadə Naxçıvan Muxtar Respublikası Sədərək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Mənbə: anews.az

Xəbər lenti

Şahbuzda zəlzələ olub