ABŞ "TRIPP+ Sahibkarlığa Dəstək Fondu"nun maliyyələşməsini 402 milyon dollara qaldırıb
Birləşmiş Ştatlar "TRIPP+ Sahibkarlığa Dəstək Fondu"nun maliyyələşdirilməsi həcmini iki dəfə artıraraq 201 milyon dollardan 402 milyon dollara çatdırıb.
"Armenpress"ə istinadən xəbər verilir ki, bu barədə məlumatlar ABŞ-nin dövlət xərclərinin rəsmi bazasında öz əksini tapıb. ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri üzrə Bürosu 2026-cı il yanvarın 30-da fonda 201 milyon dollar məbləğində əlavə qrant ayırıb. Proqramın icra müddəti 2036-cı ilin sonunadək müəyyənləşdirilib.
"TRIPP+ Enterprise" Fondu 2026-cı il yanvarın 26-da – Ermənistanın XİN rəhbəri Ararat Mirzoyan ilə ABŞ Dövlət katibi Marko Rubio arasında Vaşinqtonda keçirilən görüşdən iki həftə sonra təsis edilib. Qeyd olunur ki, bu fond Ermənistanın cənubunda nəqliyyat infrastrukturunun layihələndirilməsi ilə məşğul olan "TRIPP Development Company" qurumundan fərqli müstəqil struktur kimi fəaliyyət göstərir.
N.Təbrizli
Mənbə: anews.az