Image

ATƏT sədri SOCAR yanacaqdoldurma məntəqələrindən istifadə etdiyini bildirib

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) yanacaqdoldurma məntəqələri İsveçrədə yaxşı tanınır və böyük populyarlığa malikdir.

Bu barədə İsveçrənin xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri İnyasio Kassis Bakıda Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramov ilə keçirilən birgə bəyanatda bildirib.

İ.Kassis şəxsi təcrübəsini bölüşərək, avtomobil idarə edərkən tez-tez SOCAR stansiyalarından istifadə etdiyini qeyd edib:

"SOCAR İsveçrədə yaxşı tanınan şirkətdir. Sükan arxasında olarkən hətta özüm də bəzən onun yanacaqdoldurma məntəqələrindən istifadə edirəm, çünki ölkənin bir sıra regionlarında onlar en geniş yayılmış şəbəkələrdən biridir. İsveçrədə dünyanın bir çox ölkələrinə məxsus AZM şəbəkələri təmsil olunub."

Bununla yanaşı, nazir vurğulayıb ki, İsveçrə qazıntı yanacağından və neftdən mərhələli imtinanı nəzərdə tutan gələcəyin energetikasına keçid kursunu davam etdirir.

Mənbə: anews.az

Xəbər lenti