Image

Bakıda yeni salınmış parkda Təbiət Tarixi Muzeyi yaradılacaq — 22,5 milyon manat ayrıldı

Bakının Ceyhun Hacıbəyli küçəsində yerləşən yeni salınmış park ərazisində Təbiət Tarixi Muzeyi yaradılacaq. Bu barədə "Iqtisadiyyat.az" Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) istinadən məlumat yayıb.

Layihə çərçivəsində muzey binasının inşası, interyer işlərinin görülməsi və eksponatlarla təchiz edilməsi nəzərdə tutulub. Əldə olunan razılaşmaya əsasən, tikinti və təchizat işlərini "Fortis Construction" MMC həyata keçirəcək. Sözügedən layihənin icrası üçün 22,5 milyon manat vəsaitin sərf olunacağı bildirilir.

N.Təbrizli

Mənbə: anews.az

Xəbər lenti