Ermənistan parlamentinin yeni vitse-spikeri seçildi
Ermənistan parlamenti hakim “Mülki Müqavilə” fraksiyasının namizədi Hayk Koncoryanı parlament sədrinin müavini (vitse-spiker) seçib.
“Armenpress”in məlumatına görə, 105 deputatdan 91-i səsvermədə iştirak edib. Koncoryanın namizədliyi 63 səslə təsdiqlənib, 28 deputat əleyhinə səs verib.
Müxalif “Güclü Ermənistan” fraksiyası namizədin əleyhinə səs verdiyini, “Ermənistan” fraksiyası isə səsverməni boykot etdiyini açıqlayıb.
Parlament qarşıdakı iclaslarda daha iki vitse-spiker – biri hakim fraksiyadan, digəri müxalifətdən olmaqla – seçəcək.
Mənbə: anews.az