Image

İran Hörmüz boğazında gəmilərin hərəkətinə nəzarət hüququ tələb edir

İran Hörmüz boğazının yenidən açılması ilə bağlı Omanla aparılan danışıqlar çərçivəsində boğaza daxil olan gəmilər üzərində nəzarəti, boğazdan çıxan gəmilərin hərəkəti barədə tam məlumat əldə etmək və zərurət yaranacağı halda onlara müdaxilə etmək hüququna malik olmağı təklif edir.

Bu barədə "Reuters" agentliyi danışıqlarda iştirak edən yüksək vəzifəli İran rəsmisinə istinadən məlumat yayıb. Mənbənin sözlərinə görə, bu, hazırda tərəflər arasında müzakirə olunan ümumi konsepsiyadır.

Bildirilir ki, plana əsasən, boğazdan çıxan gəmilər İran və Oman arasında müəyyən ediləcək marşrut üzrə hərəkət edəcək. Gəmilərin boğazı tərk etməsinə isə İran əvvəlcədən məlumatlandırıldıqdan sonra Oman tərəfindən icazə veriləcək. Planın məqsədinin Hörmüz boğazında gəmiçilik təhlükəsizliyinin təmin edilməsi və hərəkətə daha effektiv nəzarətin həyata keçirilməsi olduğu bildirilir. Hazırda müzakirələr davam edir və yekun razılıq əldə olunmayıb.

N.Təbrizli

Mənbə: anews.az

Xəbər lenti