Image

Ceyhun Bayramov Kiyevdə Sibiqa ilə danışıqları məhsuldar adlandırıb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ukraynalı həmkarı Andrey Sibiqa ilə görüşü iki ölkə arasında strateji tərəfdaşlığın inkişafı baxımından məhsuldar adlandırıb.

Bu barədə azərbaycanlı nazir "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Siyasi, iqtisadi, energetika, nəqliyyat və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət yetirərək, Azərbaycan və Ukrayna arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsinə dair məhsuldar danışıqlar apardıq", - C.Bayramov vurğulayıb.

Bundan əlavə, nazirlər aktual regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

"Ölkələrimizi dostluq və qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə əsaslanan strateji tərəfdaşlıq bağlayır", - Azərbaycanın XİN başçısı qeyd edib.

Mənbə: anews.az

Xəbər lenti

Sabah 39 dərəcə isti olacaq

Neft qiymətləri sabitləşib