Ceyhun Bayramov Ukrayna hərbi kəşfiyyatının rəhbəri Kirill Budanovla görüşüb
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ukraynanın hərbi kəşfiyyatının rəhbəri Kirill Budanovla görüşüb.
Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, tərəflər Azərbaycan və Ukrayna arasında intensiv siyasi dialoqu və yüksək səviyyəli təmasları müsbət qiymətləndirərək, bunun ikitərəfli münasibətlərin inkişafına töhfə verdiyini vurğulayıblar.
Görüşdə siyasi, iqtisadi, enerji, nəqliyyat və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.
Tərəflər, həmçinin dəyişən regional və beynəlxalq təhlükəsizlik mühiti, cari geosiyasi proseslər və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Görüşdə Azərbaycan və Ukrayna arasında qarşılıqlı maraq doğuran sahələr üzrə davamlı təmasların və praktiki əməkdaşlığın əhəmiyyəti bir daha təsdiqlənib.
Mənbə: anews.az