“Qalatasaray” İkardi ilə tandem oynayacaq futbolçunun transferinə hazırlaşır
Superliqada "Hatayspor"la şöhrət qazanan və hazırda "Olimpiakos"da çıxış edən Ayoub El Kaabi "Qalatasaray"a transfer olunmaq üzrədir.
Bu barədə BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir.
Rəhbərliyin El Kaabinin meneceri ilə əlaqə saxladığı və müqavilə şərtlərini danışdığı iddia edilib.
Baş məşqçi Okan Burukun mərakeşli hücumçunu heyətində çox istədiyi və onu İkardi ilə tandem oynatmağı planlaşdırdığı bildirilir.
30 yaşlı mərkəz hücumçunun "Qalatasaray"a gəlmək istədiyi qeyd edilib.
Ayoub El Kaabi bu mövsüm "Olimpiakos"un heyətində ümumilikdə 43 oyun keçirib. O, bu matçlarda 32 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
2022-2023 mövsümündə "Hatayspor"da çıxış edən El Kaabi ümumilikdə 55 matçda 26 qol vurub, 4 məhsuldar ötürmə edib.
BAKU.WSMənbə: baku.ws