Bakıda “Prius” avtobusa çırpıldı - VİDEO
Bu gün səhər saatlarında Bakının Nərimanov rayonu ərazisində sərnişin avtobusu ilə minik maşını toqquşub.
Hadisə şahidlərinin BAKU.WS-in “qaynar xətti”nə verdikləri məlumata görə, qəza Əhməd Rəcəbli küçəsi ilə Ziya Bünyadov küçəsinin kəsişməsində qeydə alınıb.
93 saylı sərnişin avtobusu hərəkətdə olarkən “Prius” markalı avtomobil dönmə əməliyyatını düz etməyib və qəza baş verib.
Qəza nəticəsində xəsarət alan olmasa da, yolda böyük tıxac yaranıb.
Faktla bağlı araşdırma aparılır.
BAKU.WSMənbə: baku.ws