Küləkli hava şəraiti davam edir, Naxçıvana dolu düşüb - FAKTİKİ HAVA
Mayın 25-i saat 18:00-a olan məlumata əsasən öncədən verilən narıncı və sarı xəbərdarlığa uyğun olaraq hazırda ölkə ərazisində güclü küləkli hava şəraiti davam edir.
Bu barədə BAKU.WS-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Naxçıvanda saat 16:10-16:15 radələrində diametri 1 mm olan dolu düşüb.
Müşahidə olunan küləkli hava şəraiti mayın 26-sı səhərədək davam edəcək.
BAKU.WSMənbə: baku.ws