Image

"Sumqayıt"ın qələbəsini rekord sayda fanat izləyib - Meydandan çıxmaq istəməyiblər - VİDEO

Dünən Azərbaycan Premyer Liqasında sonuncu - 36-cı tur baş tutub. 

BAKU.WS xəbər verir ki, premyer liqada 2-4-cü yerləri tutan klublar müəyyənləşib.

“Sumqayıt” FK doğma meydanda “Qəbələ” klubuna qalib gələrək, mövsümü qələbə ilə başa vurub, eyni zamanda avrokuboklarda iştirakını rəsmiləşdirib.

Beləliklə, yeni mövsümdə Azərbaycanı Avropa kuboklarında “Qarabağ” (Çempionlar Liqası), “Zirə” (Avropa Liqası, kubokun finalının nəticəsindən asılı olmayaraq), “Sabah” və “Sumqayıt” (hər ikisi Konfrans Liqası) təmsil edəcəklər.

Qeyd edək ki, qarşılaşmanı Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda 9300 fanat izləyib.

Bu, mövsümün ən yüksək göstəricisinin təkrarıdır. XXXII turun “Sumqayıt” – “Qarabağ” görüşündə də eyni sayda izləyici olub.

BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti