Image

Könül Kərimova artıq çəki almasından şikayətləndi

Əməkdar artist Könül Kərimova xeyli çəki almasından şikayətlənib.

Müğənni bu haqda "Günaydın, Azərbaycan" proqramında danışıb. O bildirib ki, arıqlamaqda çətinlik çəkir:

"Şirniyyat yemirəm. Çox yemək yeyən deyiləm, amma arıqlamıram. Məni kökəldən hərəkətsizlikdi".

Aparıcı Xoşqədəm Hidayətqızı isə ifaçını öz pəhrizi ilə 1 aya 14 kiloqram arıqladacağını deyib.

K.Kərimova yemək hazırlamaq sevgisindən danışıb:

"Yemək bişirərək stress atıram. Hətta bir ara beynimə girmişdi ki, kulinariya kitabı yazıb. Bir toyuq və kortofdan neçə növ yemək hazırlaya bilərəm".//Axşam.az 

BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti