Image

Sinan Akçıl yolda qəzaya səbəb oldu - VİDEO

Türkiyəli məşhur müğənni Sinan Akçıl İzmir şəhərində qəzaya səbəb olub.

BAKU.WS xəbər verir ki, sənətçi dostu ilə işıqfor olmayan yolda anidən qarşı tərəfə keçmək qərarına gəlib.

Bu an yolu keçən nəqliyyat vasitəsi onları əzməmək üçün qəfil maşını saxlamalı olub.

Nəticədə o arxada gələn avtomobillə toqquşub. Sürücülərdən biri qəzaya səbəb olan müğənniyə hücum etmək istəyib.

Lakin Sinanın dostu buna mane olub.

İfaçının ani diqqətsizliyi ətrafdakılar tərəfindən anbaan görüntülənib. Akçıl baş verənlərə məhəl qoymadan dərhal ərazini tərk edib.

BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti

Azərbaycan nefti bahalaşıb