Image

Cəlilabadda ağır yol qəzası - Xəsarət alanlar var

Cəlilabadda ağır yol qəzası baş verib, xəsarət alanlar var.

Gundem.az xəbər verir ki, Publika.az-ın məlumatına görə, hadisə rayonun Abışabad kəndi yaxınlığında qeydə alınıb. İlkin məlumata görə, iki minik avtomobilinin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb.

Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: gundem.az

Xəbər lenti