Florentino Peres Mbappeyə bonus ödəməyəcək
"Real Madrid"in prezidenti Florentino Peres fransalı hücumçu Kilian Mbappeyə bonuslar verməkdən imtina edib.
BAKU.WS-in xəbərinə görə, bu barədə "L'Equipe" məlumat yayıb.
Mənbənin sözlərinə görə, Mbappe Madrid klubuna "azad agent" kimi keçəcəyi üçün Peres 80 milyon avro bonus ödəməyəcək.
Daha əvvəl PSJ-nin prezidenti Nasser Əl-Xələfi fransalı futbolçuya ümumilikdə bir neçə aylıq maaş və bonusları verməkdən imtina etdiyi barədə məlumat yayılmışdı. Klub rəhbəri bunu "Real"ın etməli olduğunu düşünür.
Hazırda hücumçunun vəkilləri ödəniş məsələsi ilə bağlı işə qoşulub.
Xatırladaq ki, bir müddət əvvəl forvard Paris klubundan ayrıldığını açıqlayıb. Mbappenin "Real"la 5 illik müqavilə imzalayacağı bildirilir.
BAKU.WSMənbə: baku.ws