Image

Moskvada güclü yanğın: Yanğınsöndürmə əməliyyatına "Ka-32" helikopteri cəlb edilib - VİDEO

Moskvanın şərqində çoxmərtəbəli sənaye və anbar binasında güclü yanğın baş verib.

BAKU.WS xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Telegram kanalında məlumat verilib.

Yanğının söndürülməsi üçün Ka-32 helikopteri cəlb edilib.

Moskva Aviasiya Mərkəzindən daha bir helikopter havaya qalxmağa hazırdır.

Hazırda ərazidə 120 xilasedici və 40 yanğınsöndürmə texnika işləyir.

Görüntüləri təqdim edirik:

BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti

ADY yay qrafikinə keçir