Image

Saşa Boey Super Liqaya dönür

"Qalatasaray"dan 30 milyon avro müqabilində Almaniya nəhəngi "Bayern"ə transfer olunan Saşa Boeyin yeni mövsümdə Super Liqaya qayıdacağı iddia edilir.

BAKU.WS bu barədə Türkiyə mediasına istinadən xəbər verir.

"Qalatasaray"ın 2021-22 mövsümündə Fransanın "Reyms" komandasından heyətinə qatdığı 23 yaşlı sağ cinah müdafiəçisi "sarı-qırmızılı" forma ilə liqa və Avropadakı çıxışı ilə klublarının diqqətini çəkib.

Fransız futbolçu bu mövsüm 30 milyon avroya "Bayern"ə keçib. Türkiyə futbol tarixində transfer rekordu qıran Boey yeni komandasında özünü göstərə bilməyib.

Boey Almaniya klubu ilə cəmi iki Bundesliqa matçında 109 dəqiqə meydanda olub və hesaba töhfə verə bilməyib. 24 yaşlı futbolçu zədə səbəbindən mart ayından bəri meydana çıxmayıb.

Xəbərdə "Qalatasaray"ın fasilədə 30 milyon avroya satdığı Saşanı gələn mövsüm icarə əsasında heyətinə qatmaq üçün "Bayern" rəhbərliyi ilə anlaşdığı iddia edilib.

Xəbərin təfərrüatlarında İstanbul nəhəngidə qısa müddət ərzində Boeyin transferini açıqlayacağı bildirilib.

BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti

ADY yay qrafikinə keçir