Xalq artisti Mübariz Tağıyev erməni mahnısını ifa edibmiş - VİDEO
Xalq artisti, ifaçı Mübariz Tağıyevin cavanlıq görüntüləri yayılıb.
Gundem.az bildirir ki, paylaşılan videoda o, erməni xalqı mahnısını ifa edib.
Həmin videonu təqdim edirik:
Qeyd edək ki, Mübariz Tağıyev 1 yanvar 1948-ci ildə İrəvan şəhərində anadan olub. Burada o, Axundov adına 9 saylı orta məktəbdə oxuyub. İfaçının atası Hüseyn Tağıyev musiqiçidir, kamança ifaçısı olub. Anası Rübabə xanım Babayeva isə "Sovet Ermənistanı" qəzetində jurnalist vəzifəsində işləyib. (Sfera.az)
Mənbə: gundem.az