Image

Cavanşir Məmmədovun nəvəsi: "Bu hissləri məhz 13 yaşında olarkən yaşamışdı" - VİDEO

Mərhum Əməkdar artist Cavanşir Məmmədovun nəvəsi Rəfiqə onunla bağlı paylaşım edib.

BAKU.WS xəbər verir ki, o babası ilə arxiv görüntülərini paylaşaraq onun məşəqqətli həyat yaşadığını qeyd edib. Rəfiqə onu da bilidrib ki, babasının yoxluğu onu və ailəsini çox sarsıdıb:

"Əziz babam Cavanşir Məmmədovu itirməyimizin dərin hüzn və kədərini yaşayırıq. Çünki bu hissləri bir cümlə ilə ifadə etmək mümkünsüzdür. Müdrik ailə başçısını itirmək hər bir ailə üzvü üçün ağırdır.

İlk dəfədir ki, reallıqdan qaçıram. Onun haqqında keçmiş zamanda danışmaq mənim üçün çox çətindir. Hər bir kəliməsi, nəsihətləri və səsi qulağımızdadır. Yoxluğu həyatımızda dolmayacaq boşluq yaratdı.

Bu acını ailə başçısını itirənlər bilər. Hansı ki, özüdə bu hissləri məhz 13 yaşında olarkən yaşamışdı, atasını vaxtsız itirmişdi.

Tale yolunda çətinlikləri ötərək halal zəhmətinin bəhrəsini yaşayırdı. Cavanşir baba çox başqa idi. Həm ata kimi, həm baba kimi. İllər keçəcək , bir gözümüz gülərkən digəri isə onun yoxluğu üçün daim ağlayacaq".

Xatırladaq ki, Cavanşir Məmmədov bu ilin aprelin 20-də ürəktutmasından vəfat edib.

BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti

ADY yay qrafikinə keçir