Image

Ahmet Uğurlu SON MƏNZİLƏ YOLA SALINDI - FOTO/VİDEO

Ötən gün vəfat edən türkiyəli aktyor Ahmet Uğurlu son mənzilə yol salınıb.

BAKU.WS xəbər verir ki, onunla keçirilən vida mərasimində ailə üzvləri yaxınları və tanınmış sənət dostları yer alıblar.

Onlar arasında Türkiyə Dövlət Teatrlarının baş direktoru Tamer Karadağlı, aktyorlar Melih Çardak, Sumru Yavrucuk, Zafer Algöz, Şenay Gürler, Halil Ergün və başqaları olub. 

Ahmet Uğurludan danışan Tamer Karadağlı onun vəfatına görə dərin kədər hissi keçiridyini bildirib: 

"Ahmet Uğurlu türk teatrının və filminin uğurlua aktyorlarından idi. Çox özəl insan idi. Bir usta aktyorumuz ünyadan köçdü. Çox kədərlənirik".

Uğurlu Anadoluhisarı məzarlığında torpağa tapşırılıb.

Xatırladaq ki, bir çox teatr tamaşaları, seriallar və filmlərdə rol alan məşhur aktyor 2012-2013-cü illərdə TRT 1-də yayımlanan “Yol ayrımı” serialı ilə ekranlara çıxıb.

Ahmet Uğurlu daha çox “Behzat Ç.: Ankara dedektifi” və “Eşref saatı” kimi rolları ilə yaddaşlarda qalıb.

BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti

ADY yay qrafikinə keçir