Göygölə güclü yağışdan sonra DOLU DÜŞDÜ
Qeyri-sabit hava şəraiti nəticəsində Göygöl rayonuna dolu düşüb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu gün axşam saatlarında güclü yağışdan sonra rayonun Aşıqlı kəndinə və ucqar kəndlərə dolu yağıb.
5-10 dəqiqə yağan dolu daha sonra leysan xarakterli yağışa çevrilib. Bundan başqa dolu Gəncənin Hacıkənd qəsəbəsində yağıb.
Qeyd edək ki, hazırda ölkənin qərb bölgəsində yağışlı hava şəraiti davam edir.
BAKU.WSMənbə: baku.ws