Image

Azərbaycanda güclü zəlzələ baş verib - YENİLƏNİB

Xəzər dənizində zəlzələ olub.

Bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.

Bildirilib ki, 7 dekabr, yerli vaxtla saat 08:16 Xəzər dənizində zəlzələ qeydə alınıb.

Yeraltı təkanlar 5,6 maqnitudada baş verib, zəlzələ ocağı 68 km dərinlikdə yerləşib.

Zəlzələ Bakıda və bir sıra şəhərlərdə hiss olunub.

***08:21

Azərbaycan ərazisində zəlzələ qeydə alınıb.

Respublika Seysmoloji Xidmət Mərkəzindən BAKU.WS-ə bildirib ki, zəlzələ paytaxt Bakıda da hiss olunub.

Məlumata görə, maqnitudası 5 olan zəlzələnin ocağı Xəzər dənizində yerləşib.

BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti