Image

Mourinyo Bellinqhemin istəyini geri çevirmədi - FOTO

"Fənərbağça" ilə razılığa gələn baş məşqçi Joze Mourinyo ilə "Real Madrid"in ulduzu Jud Bellinqhem arasında Çempionlar Liqasının finalından sonra maraqlı dialoq yaşanıb.

BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, Bellinqem Mourinyodan anası ilə şəkil çəkdirməyi xahiş edib.

Portuqaliyalı məşqçi və Bellinqhemin anası şəkil çəkdirdikdən sonra ulduz futbolçu onunla Mourinyo arasındakı dialoqu bu sözlərlə izah edib:

"Joze Mourinyoya "Anamla şəkil çəkdirə bilərsinizmi, illərdir sizi çox sevir" deyə soruşdum. O, razılaşdı və şəkil çəkdirdi. Sonra mənə "İndi "Fənərbağça"ya gəlirsən" dedi".

BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti

ADY yay qrafikinə keçir