Ronaldonun Naço və Kazemiro planı
"Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo "Real"ın müdafiəçisi Naço Fernandes və "Mançester Yunayted"in yarımmüdafiəçisi Kazemironu komandasında görmək istəyir.
BAKU.WS xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.
Ronaldo artıq Naço və Kazemiro ilə əlaqə saxlayıb və onların Səudiyyə Ərəbistanı klubuna keçidi imkanlarını müzakirə edib.
Bundan əvvəl mətbuatda Naçonun cari mövsümün sonunda Madrid klubunu tərk edəcəyi ilə bağlı məlumatlar yayılmışdı.
BAKU.WSMənbə: baku.ws