Çerçesov Qazaxıstan milli komandasının baş məşqçisi OLDU
Rusiyalı məşqçi Stanislav Çerçesov rəsmən futbol üzrə Qazaxıstan milli komandasının baş məşqçisi olub.
Gundem.az xəbər verir ki, Çerçesovu daşıyan təyyarə bir müddət əvvəl Astana hava limanına eniş edib.
Qeyd edək ki, Çerçesov 2016-2021-ci illərdə Rusiya millisinin məşqçilər korpusuna rəhbərlik edib.
Onun Qazaxıstan Futbol Federasiyası ilə daha bir il uzatmaq imkanı ilə iki illik müqavilə bağladığı bildirilib.
Mənbə: gundem.az