Bakıda avtobus sürücüsündən təhlükəli əməl - Nə baş verir? - VİDEO
Sədərək Ticarət Mərkəzindən Sumqayıt istiqamətində işləyən 503 saylı sərnişin avtobusunun sürücüsü yol hərəkəti qaydalarını kobud şəkildə pozub.
Bu barədə hadisə şahidləri BAKU.WS-in “qaynar xətti”nə məlumat veriblər.
Bildiriblər ki, 503 saylı sərnişin avtobusunun sürücüsü Sədərək Ticarət Mərkəzinin çıxışında tıxacda qalmamaq üçün sərnişinlərin həyatını təhlükəyə atıb.
Sürücü avtobusu yolun əks istiqamətində arxa-arxaya sürüb.
Həmin görüntüləri təqdim edirik:
Cavid Babayev BAKU.WSMənbə: baku.ws