Image

Gimnastlarımızın Olimpiya lisenziyası TƏSDİQLƏNDİ

Beynəlxalq Gimnastika Federasiyası qrup hərəkətləri üzrə Azərbaycan komandasının Paris Olimpiadasına lisenziyasını təsdiqləyib.

Gundem.az xəbər verir ki, komandamız Avropa çempionatının yekunlarına əsasən Fransa paytaxtındakı yarışa vəsiqə qazanıb.

Zeynəb Hümmətova, Darya Sorokina, Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilə Əliyeva və Yelizaveta Luzandan ibarət komanda Avropa çempionatında sahibini tapan yeganə lisenziyanı əldə edib. Yığmamız çoxnövçülükdə dördüncü yeri tutmaqla bu uğura nail olub.

Mənbə: gundem.az

Xəbər lenti

ADY yay qrafikinə keçir