Image

Daha bir "Real Madrid" əfsanəsi "Əl-Nəsr"də - FOTO

"Real Madrid"in və İspaniya futbolunun əfsanlərindən olan Fernando Hierro "Əl-Nəsr"in yeni idman direktoru olub.

BAKU.WS xəbər verir ki, 56 yaşlı keçmiş futbolçu "Real"ın digər əfsanəsi Kriştiano Ronaldonun komandasına idman direktoru təyin edilib.

Əvvəllər İspaniya milli momandası və "Malaqa"da idman direktoru vəzifəsində çalışan Hierro son olaraq Meksikanın "Çivas" komandasında çalışıb.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı Pro-Liqasının 2023/2024-cü il mövsümünün nəticələrinə görə,"Əl-Nəsr" 82 xal toplayaraq çempionatda ikinci pillədə qərarlaşıb. BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti

ADY yay qrafikinə keçir