Dünya rekordçusu dopinqə görə 6 il müddətinə cəzalandırıldı
Keniyalı qaçışçı Roneks Kipruto antidopinq qaydalarını pozduğuna görə altı il müddətinə yarışlardan kənarlaşdırılıb.
BAKU.WS bu barədə xarici mediaya istinadən xəbər verir.
Kipruto 2023-cü il mayın 11-dən uzaqlaşdırılıb. İdmançının diskvalifikasiyası 2029-cu il mayın 10-da başa çatacaq.
Kiprutonun antidopinq pasportunda pozuntular aşkar edilib, bunlardan birincisi 2018-ci ilin iyul ayına təsadüf edir. Bu tarixdən onun bütün nəticələri ləğv edilib.
Kipruto 2019 Dünya Çempionatının bürünc medalından, eləcə də dünya rekordundan məhrum edilib.
BAKU.WSMənbə: baku.ws