Image

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürüb

Sumqayıtda “Kia Sorento” markalı avtomobilin piyadanı vurması nəticəsində bir nəfər ölüb. Hadisə şəhərin Əliyar Əliyev küçəsində qeydə alınıb.

İlkin məlumata görə, 1963-cü il təvəllüdlü Yaşar Təvəkkül oğlu Əsgərovun idarə etdiyi avtomobil piyadanı vurub. Piyada aldığı xəsarətlərdən ölüb.

Ölən şəxsin kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: anews.az

Xəbər lenti