Image

Süleymanov: Minatəmizləmə insan təhlükəsizliyinə və uzunmüddətli sülhə investisiya kimi qiymətləndirilməlidir

Humanitar minatəmizləmə yalnız yardım və ya ərazilərin partlayıcı sursatlardan təmizlənməsi əməliyyatı kimi deyil, insan təhlükəsizliyinə, əhalinin təhlükəsiz qayıdışına, dayanıqlı inkişafa və uzunmüddətli sülhə investisiya kimi qiymətləndirilməlidir.

Bunu Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Bakıda keçirilən IV Beynəlxalq Minatəmizləmə Konfransında bildirib.

Süleymanov qeyd edib ki, konfrans humanitar minatəmizləmə sahəsində əməkdaşlığın gücləndirilməsinə, praktiki təcrübə mübadiləsinə və təhlükəsiz yaşayış məntəqələrinin yaradılması, eləcə də şəhərlərin dayanıqlı bərpası üçün yeni yanaşmaların hazırlanmasına töhfə verə bilər.

O, beynəlxalq tərəfdaşlığın və bu sahədə ekspert təcrübəsinin əhəmiyyətini vurğulayıb.

Gülnar Nazimqızı

Mənbə: anews.az

Xəbər lenti