Plastik cərrahiyyə üzrə klinik protokollar hazırlanır - nazir
Azərbaycanda plastik cərrahiyyə sahəsi üzrə klinik protokollar hazırlanır. Bunu səhiyyə naziri Teymur Musayev anews.az-a açıqlamasında deyib. “Hamısı prosesdədir, hazırlanır. Bu istiqamətdə işlər aparılır ”, - Musayev deyib. Azərbaycanda plastik cərrahiyyə sahəsində tənzimləmə məsələsi son dövrdə müzakirə mövzusuna çevrilib. Səhiyyə Nazirliyi plastik cərrah kimi fəaliyyət göstərmək hüququ olan həkimlərin siyahısını açıqlayıb və siyahıya daxil olmayan şəxslərin plastik cərrahiyyə əməliyyatları aparması ilə bağlı nəzarətin gücləndirildiyini qeyd edib.
Plastik cərrahiyyə üzrə ayrıca klinik protokolların hazırlanması əməliyyatlara tibbi göstərişlər, prosedurların aparılması və pasiyent təhlükəsizliyi ilə bağlı vahid yanaşmanın müəyyən edir. Gülnar Nazimqızı
Mənbə: anews.az