Image

ADY Bakı-Tbilisi-Bakı qatarına saxta biletlərin satıldığı barədə xəbərdarlıq edib

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı-Tbilisi-Bakı marşrutu üzrə sərnişinlərə saxta biletlərin satılması hallarının qeydə alındığını bildirib.

Şirkətin məlumatına görə, bəzi turizm şirkətləri və sosial şəbəkə hesabları qatarda mövcud olmayan yerlər üzrə biletlər satır.

ADY saxta bilet satışı ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdiyini və faktların araşdırıldığını bildirib.

Şirkət Bakı-Tbilisi-Bakı marşrutu üzrə heç bir turizm şirkəti və ya vasitəçi ilə əməkdaşlıq etmədiyini və onlara bilet kvotası ayırmadığını qeyd edib.

ADY sərnişinlərə biletləri yalnız şirkətin rəsmi satış kanalları və dəmir yolu kassalarından almağı tövsiyə edib.

Mənbə: anews.az

Xəbər lenti