Moskva–Bakı reysinin sərnişininin ayaqqabısından patronlar tapıldı
Moskva–Bakı reysi ilə gələn Rusiya vətəndaşının əl yükündə ayaqqabının içinə gizlədilən 11 ədəd döyüş patronu aşkar edilib.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, sərnişinin əl yükünə stasionar rentgen qurğusunda baxış keçirilərkən şübhəli təsvirlər qeydə alınıb. Fiziki yoxlama zamanı yükdə olan ayaqqabının daxilində gizlədilmiş patronlar aşkar olunaraq götürülüb.
Ekspertizanın rəyinə əsasən, aşkar edilən sursatın atəş üçün yararlı 9×18 mm çaplı zavod istehsalı tapança patronları olduğu müəyyənləşib. Faktla bağlı araşdırma aparılır.
Mənbə: anews.az