Bakının mərkəzində DƏHŞƏT - Binanın tavanı çökdü - VİDEO
Ötən gün günorta saatlarında Bakının mərkəzində binanın tavanı çöküb.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Şikayətçi bildirib ki, hadisə Yasamal rayonu, Mirzəağa Əliyev küçəsi 150 ünvanında qeydə alınıb. Xoşbəxtlikdən hadisə nəticəsində xəsarət alan olmayıb.
Bina sakini onu da qeyd edib ki, 1-2 həftə əvvəl də oxşar hadisə qeydə alınıb.
Hadisə yerindən görüntüləri təqdim edirik:
Banu Hüseynli BAKU.WSMənbə: baku.ws