Image

Dövlət büdcəsinə dəyişiklik layihəsi I oxunuşda müzakirəyə çıxarıldı

Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən birinci plenar iclasında “2024-cü il dövlət büdcəsi haqqında” qanuna dəyişiklik layihəsi I oxunuşda müzakirəyə çıxarılıb.

Gundem.az xəbər verir ki, sənədi parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim edib.   İclasda maliyyə naziri Samir Şərifov da iştirak edir.

Qeyd edilib ki, yenidən baxılma ilə 2024-cü ilin dövlət büdcəsinin xərcləri 39 milyard 707 milyon manat məbləğində, dövlət büdcəsinin gəlirləri isə 36 milyard 353 milyon manat həcmində proqnozlaşdırılır. 2024-cü ilin dövlət büdcəsinin kəsiri 764 milyon manat artaraq, 3 milyard 354 milyon manata çatdırılır. (Sfera.az)

Mənbə: gundem.az

Xəbər lenti

Bu ərazidə işıq olmayacaq