Image

Okan Burukun Mourinyo ilə bağlı suala cavabı gündəm oldu - VİDEO

"Qalatasaray"ın baş məşqçisi Okan Buruk yeni müqaviləyə imza atdığı mərasimdə açıqlama verib.

BAKU.WS "NTV Spor"a istinadən xəbər verir ki, Buruk imzalanma mərasimində Joze Mourinyo ilə bağlı sualı da cavablandırıb.

"Ardıcıl 2 il çempionluq əldə etdiniz. Əzəli rəqibiniz "Fənərbağça" transfer həyata keçirdi. Joze Mourinyo liqamıza qatıldı. Bu transferin reallaşmasında sizin də payınız olduğunu düşünürsünüz?" sualına Buruk belə cavab verib:

"Mən görüşmələrdə yox idim. Payım olduğunu düşünmürəm".

Okan Burukun cavabından sonra "Qalatasaray" klubunun prezidenti Dursun Özbek "Məncə var" deyərək müdaxilə edib.

BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti

Bu ərazidə işıq olmayacaq