Ançelottinin oğlunun "Real" qərarı
"Real Madrid"in baş məşqçisi Karlo Ançelottinin oğlu və köməkçi məşqçisi Davide Ançelotti Madrid klubunda qalmağa qərar verib.
BAKU.WS xəbər verir ki, bu barədə "Relevo" məlumat yayıb.
Mütəxəssislə "Reyms" və "Lester" maraqlanır. Hər iki klub Davidi yeni layihələrinin siması kimi görür.
Ancaq Davide "Real"da qalmaq istəyir.
Qeyd edək ki, Davide Ançelotti 2021-ci ildən "Real Madrid "da işləyir.
BAKU.WSMənbə: baku.ws