Şəkidə 68 yaşlı kişi çayxanada ÖLDÜ
Şəkidə çay evində ölüm hadisəsi baş verib.l
Gundem.az xəbər verir ki, hadisə axşam saatlarında Şəki şəhəri ərazisində fəaliyyət göstərən çay evlərindən birində baş verib. Belə ki, 1955-ci il təvəllüdlü Şəki şəhər sakini Muxtarov Nəriman Ziya oğlu çayxanada dünyasını dəyişib. Onun ürək tutmasından öldüyü bildirilir.
Mənbə: gundem.az