Image

Ermənistan XİN rəhbəri ABŞ dövlət katibinin müavini ilə GÖRÜŞDÜ

İrəvanda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ABŞ dövlət katibinin Avropa və Asiya işləri üzrə müavini Ceyms O`Brayn arasında görüş keçirilib.

Gundem.az xəbər verir ki, məlumatı “Sputnik Armenia” yayıb.

Bildirilib ki, iyunun 11-də ABŞ-Ermənistan Strateji Dialoqunun yekun iclası keçiriləcək.

Məlumata görə, görüşdə ikitərəfli münasibətlərin möhkəmləndirilməsi məsələsi, eləcə də, növbəti addımlar müzakirə olunacaq. O'Brayn həmçinin ABŞ-nin Ermənistan və Azərbaycan arasında uzunmüddətli və layiqli sülh sazişinin əldə edilməsinə dəstəyi, o cümlədən Alma-Ata Bəyannaməsindən sərhədlərin delimitasiyası üçün əsas kimi istifadə edilməsini müzakirə etmək niyyətindədir.

Mənbə: gundem.az

Xəbər lenti