Mourinyodan Çempionlar Liqası ilə bağlı çağırış!
AVRO-2024-ə görə ölkə yığmalarına yollanan futbolçuların vəziyyətindən şikayət edən Joze Mourinyo müqaviləsi hələ də davam edən futbolçularla bağlı qərar verib.
BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, portuqaliyalı məşqçi milliyə çağrılmayan və klubla müqaviləsi davam edən hər kəsi 22 iyunda Samandıra Can Bartu Təsislərinə dəvət edib.
"Heç bir gecikmə və ya bəhanə qəbul edilməyəcək. Bizi çox çətin bir dövr gözləyir. Artıq milli komandalarına qoşulan futbolçular bizimlə olmayacaq. Bu komandada yer tapmaq və bizimlə böyük uğurlara imza atmaq istəyənlərlə birlikdə yolumuza davam edəcəyik", - o deyib.
Mourinyo Çempionlar Liqası hədəflərindən danışıb:
"Çempionlar Liqasına düşmək bizim ilk hədəfimiz olacaq. Bizi çətin sınaqlar gözləyir. İlk oyunumuzu iyulun 23-24-də, cavab görüşünü isə 30-31 iyulda keçirəcəyik. Daha sonra avqustun 9-da Super Liqaya start veriləcək. Bu səbəbdən birlikdə hərəkət etmək üçün bir-birimizi tanımalıyıq".
BAKU.WSMənbə: baku.ws