Image

Malik Ələkbərov işdən ÇIXARILDI - FOTO

Ədliyyə Nazirliyinin Cəzaların icrasına nəzarət baş idarəsinin rəisi Malik Ələkbərov işdən çıxarılıb.

Məlumatı Gundem.az-a nazirlikdən təsdiqləyiblər.

Bildirilib ki, “Ədliyyə orqanlarının inkişafı haqqında” Azərbaycan Prezidentinin 2006-cı il 17 avqust tarixli 446 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Prezidentin 04 iyun 2024-cü il tarixli Fərmanı ilə Nazirlikdə struktur dəyişikliyi həyata keçirilib.

"Bununla əlaqədar Malik Ələkbərov vəzifədən azad edilərək Ədliyyə Nazirliyinin sərəncamına götürülüb", - məlumatda qeyd olunub.

Mənbə: gundem.az

Xəbər lenti

Sabahın hava proqnozu

Faktiki hava açıqlanıb

Azərbaycan nefti ucuzlaşıb