İranda xəstəxanada dəhşətli yanğın: Azı doqquz nəfər ölüb - VİDEO
İranın Rəşt şəhərində yerləşən özəl xəstəxanada səhər tezdən baş verən yanğın nəticəsində azı doqquz nəfər ölüb.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, ölənlərin sayının artacağı istisna edilmir.
Hələlik yanğının hansı səbəbdən baş verdiyi barədə məlumat verilmir.
Yanğının səbəbini müəyyənləşdirmək üçün araşdırmalar aparılır.
BAKU.WSMənbə: baku.ws