İsmayıllıya sel gəldi - VİDEO
İsmayıllıya sel gəlib.
BAKU.WS-in məlumatına görə, sel suları küçələrdən keçərək sakinlərə bir sıra çətinliklər yaradıb.
Xatırladaq ki, yaxın günlərdə qeyri-sabit hava şəraiti davam edəcək.
İyunun 23-ü gündüzədək bəzi yerlərdə fasilələrlə leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir, ayrı-ayrı bölgələrdə yağıntıların intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gözlənilən intensiv yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.
BAKU.WSMənbə: baku.ws